Ramil Usubov xidməti obyektlərin açılışını edib

img

07-03-2015 [18:12]


Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yaranmasınnın növbəti ildönümü ərəfəsində - martın 7-də bu qurumun Hacıqabul şəhərində yerləşən "N" saylı hərbi hissəsində bir sıra mühüm xidməti obyektlərin açılış mərasimi keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən MİA-ya verilən məlumata görə tədbirdə respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib. Nazir müavini - Daxili Qoşunların komandanı, general-mayor Şahin Məmmədov general-polkovnik Ramil Usubova hərbi qulluqçuların tədbirə hazır olması barədə raport verib.

Mərasim iştirakçıları hərbi hissənin xidməti və döyüş fəaliyyətini əks etdirən fotostendə baxıblar, daha sonra yeni istifadəyə verilmiş əsgər kazarması, tibb məntəqəsi, camaşırxana və digər məişət obyektləri ilə tanış olublar.

Tədbirin sonunda əlamətdar hadisələr münasibətilə əsgərlərin, onların valideynlərinin və şəhər ictimaiyyəti nümayəndələrinin qarşısında Daxili Qoşunların nümunəvi hərbi orkestrinin geniş konsert proqramı keçirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA