Azərbaycanda 21 yaşlı gənc ov tüfəngilə qətlə yetirildi

img

06-03-2015 [15:54]


Kürdəmir sakini həmyerlisini odlu silahla qətlə yetirib.

Mia.az APA-ya istiandən xəbər verir ki, Kürdəmir Rayon Polis şöbəsinə Axtaçı-Qarabucaq kəndində odlu silahla qətlə yetirilmiş kişi meyitinin olması barədə məlumat daxil olub.

Hadisə yerinə gedən əməliyyatçılar qətlə yetirilənin 1994-cü il təvəllüdlü kənd sakini Budaqov Neman Hacı oğlunun olduğunu müəyyən ediblər. Kürdəmir Rayon Polis Şöbəsi əməliyyatçılarının keçirdiyi zəruri tədbirlər nəticəsində müəyyən edilib ki, N.Budaqovu əvvəllər dost münasibətində olmuş həmkəndlisi, 1992-ci il təvəllüdlü Bağırov Toğrul Müşfiq oğlu "VAZ-2106” markalı avtomobilinin yük yerində saxladığı ov tüfəngi ilə bir neçə dəfə atəş açaraq qətlə yetirib.
Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA