Azərbaycanlı "oğru"lara müharibə elan edildi

img

06-03-2015 [15:11]


"Qanuni oğru" "Şakro Molodoy" kriminal aləmə qarşı "müharibə" elan edib.
ANS PRESS-in məlumatına görə, "Ded Hasan" klanının əsas fiquru sayılan Şakro Moskvada adamlarını toplayaraq 12 nəfərdən "oğru" titulunu aldığı bildirilir. Şakronun azərbaycanlı "qanuni oğru"lardan üçünün, Lotu Qulinin qardaşı Namiqin, Rafət və Ceyhun adlı şəxslərin "oğru" adının əlindən aldığı deyilir. Bu şəxslərdən yalnız Namiqin məsələsinə yenidən baxıla bilər. Bundan başqa, titul almağa namizəd olan 4 kriminal avtoritetin də müraciətinə "rədd" cavabı verildiyi bildirilir.
Qeyd edək ki, kriminal aləmdə böyük "təmizləmə" aparan Şakronun vaxtında "Ded Hasan"ın səhvlər etdiyini və onun etdiyi səhvləri aradan qaldıracağına söz verdiyi bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA