Yol polisindən əməliyyatı – 3 nəfər saxlanıldı

img

05-03-2015 [13:19]




Yol Patrul Xidməti əməkdaşları dünən avtoşlarla bağlı bir neçə əməliyyat keçirib. 

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, martın 3-də saat 01 radələrində Xətai rayonu ərazisində Roman Səmədov idarə etdiyi "Opel” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyinə görə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində toplanan material Xətai rayon məhkəməsinə göndərilib. 

Daha iki əməliyyat isə bir müddət öncə baş verən pozuntulara görə olub. Fevral ayının 20-də Yasamal rayon ərazisində Səid Həsənov idarə etdiyi "VAZ-21214” markalı avtomobillə, yanvar ayının 23-də paytaxt sakini Qabil Hüseynov isə idarə etdiyi "Opel" markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyinə görə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Məhkəmənin 13.02.2015-ci il tarixli qərarına əsasən Q.Hüseynov İXM-nin 296-1.1 maddəsi ilə təqsirli bilinərək 1 il müddətində nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib və barəsində 15 gün həbs inzibati tənbeh növü tətbiq edilib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA