Kredit borcunu ödəyə bilməyən "Lotos"un damına çıxdı, İNTİHAR - FOTO, VİDEO

img

04-03-2015 [13:44]


Bu dəqiqələrdə Bakının Nizami rayonu ərazisində yerləşən "Lotos" ticarət mərkəzinin damına çıxan əlibıçaqlı kişi özünü öldürməklə hədələyir.
Bu barədə Musavat.com-a xəbər verən əməkdaşımız bildirir ki, olduqca həyəcanlı olan kişi banklardan götürdüyü krediti ödəyə bilmədiyi üçün bu addımı atmağa məcburdur.
Ticarət mərkəzinin qarşısına xeyli adam yığılıb. Onlar adamı intihar fikrindən daşındırmağa çalışırlar.

Əməkdaşımızın verdiyi xəbərə görə, binanın damında 4 polis əməkdaşı da var. Onlar intihar təhdidi edən şəxsə yaxınlaşmadan, danışqla onun aşağı endirməyə çalışırlar. Adam isə fikrinin ciddi olduğunu göstərmək üçün artıq ayağının birini aşağı sallayıb.

Əməkdaşımız bildirir ki, artıq kişi əlindəki bıçaqla özünə, boğazına, sinəsinə xəsarət yetirib, ruhi həyəcan vəziyyətindədir.

FHN-in əməkdaşları hadisə yerinə gəliblər və naməlum şəxsin özünü yerə atacağı təqdirdə asfalta dəyib xəsarət almaması üçün çadır açıblar.

Olayın inkişafı barədə xəbər verəcəyik.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA