"Zaminbank"a basqın oldu, 150 minə yaxın pul aparıldı

img

02-03-2015 [17:31]


Bu gün səhər saatlarında Bakının mərkəzində yerləşən valyutadəyişmə məntəqələrindən birinə basqın olub.

Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, naməlum şəxslər Nəsimi rayonu Azadlıq prospekti 128 ünvanında "ZaminBANK"a məxsus olan 3 saylı valyutadəyişmə məntəqəsinə basqın edib. 

Onlar məntəqənin əməkdaşı, 1964-cü il təvəllüdlü Abbasov Taryel Arif oğluna küt alətlə ağır bədən xəsarətləri yetiriblər. Məntəqədən 120 min dollar və 20 min manat nəğd pulu götürən şəxslər uzaqlaşıblar.
 
T.Abbasov Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
 
Faktl bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA