Elmar Məmmədyarov məhkəmədən qalib çıxdı

img

02-03-2015 [14:37]



Azərbaycanın Xarici İşlər Nazirliyi və bu nazirliyin rəhbəri Elmar Məmmədyarov məhkəmədən qalıb ayrılıb.

Mia.az "Reytinq" qəzetinə istinadən xəbər verir ki, nazir və nazirliyi məhkəməyə cəlb eləyən şəxs sözügedən nazirliyin sabiq əməkdaşı Azad Məmmədağa oğlu Həsənov olub. Onun bu addımı atmasının səbəb isə işdən qanunsuz azad edilməsi olub:

«Azad Həsənov məhkəməyə müraciət edərək, işə bərpa edilməsini, hər buraxılan günə görə əmək haqlarının hesablanması və vurulmuş mənəvi zərəri tələb etməyə başlayıb. Lakin Xarici İşlər Nazirliyinin sabiq əməkdaşının iddia ərizəsi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmə tərəfindən rədd olunub. Azad Həsənov isə birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verib».

Aldığımız məlumata görə, Azad Həsənovun şikayətinə artıq Bakı Apellyasiya Məhkəməsi tərəfindən baxılıb: «Xarici İşlər Nazirliyinin keçmiş əməkdaşının şikayətinə sözügedən məhkəmədə hakim Ülvi Mayılovun sədrliyi ilə baxılıb. Hakim birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayıb. Bununla da nazir Elmar Məmmədyarovun sabiq işçisii üzərində qalib olduğunu söyləmək olar”.


Digər xəbərlər
SON XƏBƏRLƏR