"Bahalaşmaya etiraz edən 9 aksiyaçı saxlanılıb" - DİN

img

28-02-2015 [20:58]


"Bu gün vətəndaşların azsaylı bir qrupu kütləvi aksiyaların keçirilməsi haqqında qanunların tələblərini pozaraq Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış qanunsuz etiraz aksiyası keçirməyə cəhd göstərib”. 

Bunu virtualaz.org-a açıqlamasında Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov deyib.

"Paytaxtın mərkəzində ictimai asayişi qoruyan hüquq-mühafizə orqanlarının əməkdaşları qanunsuz aksiyanın qarşısını alıblar. 8 nəfər saxlanılıb. Müvafiq araşdırmalar aparılır” - deyə Ehsan Zahidov bildirib.

Qeyd edək ki, bu gün günorta saatlarında bir qrup şəxs paytaxtın Nizami küçəsində ("Tarqovu”) aksiya keçirməyə cəhd edib. Aksiyanın səbəbi kimi manatın məzənnəsinin düşməsi ilə bağlı yaranan süni qiymət artımı göstərilir.  

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA