Bakıda məşhur aftoritet həbs edildi

img

27-02-2015 [13:02]


Bakıda kriminal aləmdə Nəriman adı ilə tanınan məşhur cibgir saxlanılıb.

Report-un məlumatına görə, Bakı Şəhər Baş Polis İdarəsi, Nizami Rayon Polis İdarəsi (RPİ) və 24-cü Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat zamanı 1983-cü il təvəllüdlü Salmanov Nəriman İqramuddinoviç tutulub. Saxlanılan zaman onun üzərindən şəxsi istifadəsi üçün nəzərdə tutulan narkotik vasitə olan tiryək də aşkar edilib. Qeyd edək ki, polislər N.Salmanovu sərnişin avtobusunda cibgirlik edən zaman iş başında saxlayıblar.

Araşdırma zamanı saxlanılan şəxsin əvvəllər dəfələrlə cibgirlik və narkotik vasitələrdən istifadə etdiyi üçün məhkum edildiyi məlum olub. Sonuncu dəfə 8 ay əvvəl azadlığa buraxılan N.Salmanov barəsində Nizamı RPİ-də cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA