Rəis pulu vermədi, məhkəmə icraçıları ustalarla əlbəyaxa oldu - Olay

img

27-02-2015 [09:58]


Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Nizami rayon şöbəsində qarşıdurma olub. Qarşıdurma icra məmurları ilə şöbədə təmir işləri aparan ustalar arasında baş verib. 

Ustalar işi bitirsələr də, onlara pul verilməyib. Onlar haqlarını tələb etdiyinə görə, icra məmurları, xüsusilə şöbənin rəisi Ramin Məmmədov tərəfindən təhqirə məruz qalıblar. Döyüb ustanın burnunu sındırıblar. 

Mia.az xəbər verir ki, Azadlıq.info yazır ki, bundan sonra icra məmurları ustalarla əlbəyaxa olub. Əraziyə xeyli sayda insan toplaşıb. Hadisənin şahidləri deyir ki, dalaşanları ayırmaq üçün polis çağırılıb. 

Polis əməkdaşları 6 nəfəri Nizami Rayon Polis İdarəsinin 25-ci bölməsinə aparıb. Saxlanılanlar ustalar olub. Onlar izahatlarında icra məmurlarından şikayətçi olduqlarını bildiriblər. Ustaların izahatları alınandan sonra sərbəst buraxılıblar. 

"Yeni Müsavat”a daxil olan məlumatda bildirilir ki, ustalar öz hesablarına şöbəni təmir edərək qapı, pəncərəsini yeniləyiblər. Amma şöbə rəisi, Sədərək” Ticarət Mərkəzinin sahibi "Sədərək Yusif” kimi tanınan Yusif Qədimbəylinin kürəkəni olan R.Məmmədov onların pullarını vermək istəməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA