Axundun evindən 100 minlik qızıl oğurlayan şəxs tutuldu

img

26-02-2015 [15:31]


Salyanda mənzildən külli miqdarda pul oğurlayan şəxs tutulub. Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 1-də Hacıhüsnü Həsənovun evindən 100 000 manat dəyərində qızıl əşyalar və 1 ədəd "Churcill” markalı tüfəng (müvafiq sənədləri olan) oğurlayan Qarabağlı kənd sakini, əvvəllər məhkum olunmuş Şakir Ağamalıyev tutulub.
 
 
Qeyd edək ki, Hacıhüsnü Həsənov Qafqaz Müsəlmanları İdarəsinin Salyan və ətraf 6 rayon üzrə qazısıdır. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA