Xırdalanda 11 yaşlı oğlan zorlandı, hakim 14,6 il iş oxudu

img

25-02-2015 [16:07]


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində seksual xarakterli zorakılıq əməllərində təqsirli bilinən şəxsə hökm oxunub. 

Mia.az Lent.az-a istinadən verdiyi məlumata görə, Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Eldar Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Ramella Allahverdiyevanın sədrliyilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə E. Cəfərov 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Eldar Cəfərov keçən il özünün işlətdiyi kiçik ticarət köşkündə azyaşlı oğlana təcavüz edib. O, Xırdalan şəhər sakini 11 yaşlı Samiri (ad şərtidir) zorlayıb.

Hadisə ilə bağlı azyaşlının anası Abşeron rayon polis şöbəsinə məlumat verib. Daha sonra Eldar Cəfərov həbs edilib və araşdırmalarla onun cinayəti sübuta yetirilib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA