Bakıda metro polisi əməliyyat keçirdi

img

24-02-2015 [15:06]


Bir neçə gün öncə metroda oğurluq edən şəxs həbs edilib.

Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, əməliyyat Metropolitendə Polis Şöbəsinin Cinayət Axtarış Qrupu əməkdaşları tərəfindən keçirilib.

Keçirilən əməliyyat zamanı qatarda Bakı şəhər sakini Camalə Əkbərovanın mobil telefonunu oğurlayan Abşeron rayon sakini, 1980-ci il Emil Paşa oğlu Əliyev tutulub.

Qeyd edək ki, fevralın 18-də saat 13:40 radələrində, metronun "28 May” stansiyasında qatarda Bakı şəhər sakini Camalə Əkbərovanın mobil telefonu oğurlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA