Oğlunu öldürən atanın məhkəməsi oldu

img

23-02-2015 [13:51]


Bakı Ağır Cinayətlər Məhkəməsində oğlunu qətlə yetirməkdə təqsirli bilinən Bakı şəhər sakini, 1974-ci il təvəllüdlü Eldəniz Məmmədovun cinayət işi üzrə məhkəməyə start verilib.

Lent.az-ın məlumatına görə, Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirlib. Məhkəmə baxışı fevralın 26-a təyin edilib.

Qeyd edək ki, qətl ötən il iyulun 21-də Abşeron rayonu Qobu qəsəbəsində baş verib. Qəsəbə sakini, 1974-cü il təvəllüdlü Eldəniz Məmmədov yaşadığı evdə ailə münaqişəsi zəminində 14 yaşlı lal-kar oğlu İbrahim Məmmədovu bıçaqlayaraq qətlə yetirib.

E. Məmmədov ilkin ifadəsində oğlunu anasının cibindən 1 manat oğurladığına görə vurduğunu deyib. 41 yaşlı kişi oğlunun oxuduğu məktəbdə şagirdlərin pulunu oğurladığını da bildirib.

E. Məmmədovun həyat yoldaşı isə bildirib ki, əri spirtli içki aludəçisidir və xeyli miqdarda borcu olduğuna görə bu hadisəni törədib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA