Almaniya səfirliyinin Bakıdakı attaşesini təhqir edən şəxsə cinayət işi açıldı

img

23-02-2015 [13:19]



"Fevralın 19-da Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin attaşesi D.Birnbaum Nəsimi RPİ-nin 22-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək, səfirliyin "İSR Plaza” mehmanxanasında yerləşən ofisində tanımadığı şəxsin təhqirinə və fiziki təzyiqinə məruz qaldığını, onun xuliqanlıq hərəkətləri nəticəsində sözügedən diplomatik nümayəndəliyin normal iş rejiminin qısa müddət ərzində pozulduğunu bildirib”.
Bu açıqlamanı Mia.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən veriliblər.

Rəsmi məlumatda qeyd olunub ki, məsələ ilə bağlı dərhal araşdırma aparılıb və səfirliyin attaşesinə fiziki təzyiq göstərən şəxsin Bakı şəhər sakini Fərid Nəcəfquluzadə olduğu müəyyən edilib. Təhqiqat orqanı tərəfindən D.Birnbaumun, səfirliyin digər əməkdaşlarının, həmçinin, Fərid Nəcəfquluzadənin izahatları alınıb, digər təxirəsalınmaz tədbirlər həyata keçirilib.

Toplanmış materiallar Nəsimi RPİ-nin İstintaq şöbəsinə göndərilib. Burada isə faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

İşin tam, hərtərəfli və obyektiv araşdırılması və Fərid Nəcəfquluzadənin əməlinə hüquqi qiymət verilməsi üçün bütün zəruri tədbirlər görüləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA