Putin dünyaya meydan oxudu - "Həmişə adekvat cavabımız olacaq"

img

20-02-2015 [22:34]


Rusiya öz hərbi potensialını daha da genişləndirəcək və həmişə istənilən təzyiqə adekvat cavab verəcək.

ANS PRESS-in məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin Ordu günü ilə bağlı keçirilən mərasimdə çıxış edərkən bildirib.

Prezident bəyan edib ki, heç bir ölkə Rusiyanı hərbi yolla qalib gələcəyi barədə illüziyalara qapılmasın. 

"Bizə təzyiq göstərməyi də ağıllarından keçirməsinlər. Həmişə adekvat cavabımız olacaq. Bizim əsgər və zabitlərimiz sübut ediblər ki, ən çətin tapşırıqların öhdəsindən mərd, peşakarcasına, qərarlılıqla öhdəsindən gəlirlər. Müasir ordumuz ənənələrinə tamamilə sadiqdir", - deyə Vladimir Putin bildirib.

Putin onu da əlavə edib ki, Rusiya ordusu ildən ilə güclənir və hava-kosmik müdafisəi sistemlərini və nüvə silahlarını təkmilləşdirir. Bu isə qlobal bərabərliyin təminatıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA