20-02-2015 [15:19]
Hazırda Liviya faktiki, iki hissəyə bölünüb... Neft zəngini daha bir ərəb ölkəsi parçalanır, İŞİD-in Dərnədə qurduğu "əmirlik” bölgədə müharibə və xaosu daha da dərinləşdirəcək...Liviyada Türkiyə və Qətərin maraqları Misir və S.Ərəbistanı, BƏƏ kimi ölkələrlə toqquşur
"Ərəb baharının” daha bir ölkəsində İŞİD təhlükəsi yaranıb. Liviyanın Dərnə şəhərində 21 misirli xristianın İŞİD üzvləri tərəfindən edamından sonra Liviya ətrafında gərginlik artıb. Əvvəlcə Misir hərbi hava qüvvələri Dərnədəki İŞİD mövqelərini bombalayıb. Bundan sonra isə rəsmi Qahirə BMT-yə müraciət edərək Liviyaya beynəlxalq antiterror qüvvələrinin cəlb olunmasını istəyib.
Əvvəlcə ondan başlayaq ki, artıq 4 ildir vətəndaş müharibəsinin davam etdiyi Liviyada çoxlu sayda silahlı qruplar mövcuddur. 2011-ci ilin payızında Qəzzafinin devrilərək linç edilməsindən sonra Liviyada sabitlik əldə etmək mümkün olmayıb. Qəbilə silahlıları, həmçinin pərakəndə silahlı qruplar, xüsusən də radikal islamçı silahlılar demək olar ki, ölkə boyunca səpələnib və onları bir yerə yığmaq mümkün deyil.
Liviyanın seçkili hökuməti heç də ölkəyə nəzarət edə bilmir. Radikal islamçı qruplar, xüsusən də qonşu Misirin təsiri ilə yaranmış "ixvan”a bağlı silahlı qruplaşmalar müstəqil fəaliyyət göstərir...
Doğrudur, Liviyada 2012-ci ildə seçkilər keçirilib və dünyəvi qüvvələrin çoxluq təşkil etdiyi parlament və hökumət formalaşdırılıb. Ancaq ötən il məlum oldu ki, Liviyanın seçkili hökuməti heç də ölkəyə nəzarət edə bilmir. Radikal islamçı qruplar, xüsusən də qonşu Misirin təsiri ilə yaranmış "ixvan”a bağlı silahlı qruplaşmalar müstəqil fəaliyyət göstərir. Qəzzafi ordusunun generalı, sonradan Qəzzafidən qaçaraq Afrikada gizlənmiş istefada olan general Xəlifə Hafter Liviya milli qvardiyası ilə ölkədəki islamçı qrupları nəzarət altına almaq məqsədilə əməliyyatlara başladıqdan sonra Liviya faktiki olaraq parçalanıb.
Liviya iki hissəyə bölünüb
Hazırda Liviya faktiki, iki hissəyə bölünüb. Xəlifə Hafterin təmsil olunduğu, Liviyanın seçilmiş hökuməti Tobruk şəhərində məskunlaşıb və beynəlxalq təşkilatlar tərəfindən rəsmi hökumət kimi tanınır. Trablusda isə "ixvan” qruplaşmasına bağlı islamçıların hökuməti qərarlaşıb və artıq onlar da özlərinə hökumət formalaşdırıblar. Hazırda iki qrup arasında döyüşlər davam edir.
Liviyaya qarşı xarici siyasi münasibətlər qarışıqdır
Yeri gəlmişkən, Misirin hazırkı hakimiyyəti, eləcə də S.Ərəbistanı, BƏƏ, Bəhreyn kimi dövlətlər, həmçinin Qərb ölkələri paytaxtı Tobruk olan dünyəvi Liviya rejimini dəstəkləyir. Ancaq eyni zamanda Türkiyə və Qətər "ixvan”çı qüvvələrin Trablusda qərar tutan hökumətini müdafiə edir. Və maraqlıdır ki, Misirin Liviya-Misir sərhədinə yaxın Dərnə şəhərində İŞİD mövqelərini bombalaması əməliyyatı məhz Tobrukdakı hakimiyyətlə koordinasiyalı şəkildə aparılır və Liviya hökuməti bunu dəstəkləyib.
Ancaq eyni zamanda Trablusdakı islamçı Liviya hökuməti bombardmanı "mülki əhalinin və uşaqların öldürülməsi” səbəbilə pisləyib. Eyni zamanda Qətər hökuməti də Misiri qınayan bəyanat yayaraq bombardmanlara qarşı çıxıb. Ötən gün isə Doha Qahirədəki səfiri "məsləhətləşmək üçün” geri çağırıb. Görünən odur ki, Liviyada parçalanma artıq ərəb dövlətlərini də cəlb edir.
Liviyanı Avropa Birliyi ölkələri – B.Britaniya, Fransa, Almaniya və ABŞ kimi ölkələr ələ keçirmək istəyir. Ancaq eyni zamanda regional oyunçuylar da Liviya üzərində söz sahibi olmağa çalışırlar
Yeri gəlmişkən, Yaxın Şərqdə şərti olaraq "sələfi” qurşağı ilə "ixvan” qurşağı arasında ilk açıq gərginlik 2013-cü ildə Misirdə hərbi çevriliş baş verən zaman qeydə alınıb. Həmin vaxt Misirdəki Mursi liderliyindəki "ixvan” hökumətinin hərbçilər tərəfindən devrilməsi Türkiyə və Qətər hakimiyyətləri tərəfindən sərt şəkildə tənqid olunub. Hətta Türkiyə öz səfirini Qahirədən geri çağırıb. Sonradan ötən il Türkiyənin BMT TŞ-yə üzvlük məsələsi ilə bağlı səsvermə keçirilərkən məlum olmuşdu ki, məhz Misir, BƏƏ kimi dövlətlər Ankaraya qarşı əks-təbliğat aparıb. İndi sə növbəti dəfə Liviyada Türkiyə və Qətərin maraqları Misir və S.Ərəbistanı, BƏƏ kimi ölkələrlə toqquşur. Neft zəngini, gündəlik orta hesabla 2 milyon barrel neft ixrac edən Liviya kimi bir ölkədə söz sahibi olmaq yalnız dünyanın nəhəng dövlətlərinin deyil, həm də regionun aparıcı ölkələri üçün də ən böyük arzulardan biridir. Liviyanı Avropa Birliyi ölkələri – B.Britaniya, Fransa, Almaniya və ABŞ kimi ölkələr ələ keçirmək istəyir. Ancaq eyni zamanda regional oyunçuylar da Liviya üzərində söz sahibi olmağa çalışırlar. Məhz bu maraqlar 6,5 milyon əhalisi olan zəngin neft ölkəsini faktiki olaraq bölüb.
İraq və Suriyada olduğu kimi, Liviyada da İŞİD faktoru bir sıra dövlətlər üçün maraqlarını reallaşdırmaq vasitəsi olacaq
Liviyanın şərqində Dərnə şəhərində yerli radikal qruplardan birinin ötən ilin payızında Əl-Bağdadiyə beyət edərək İŞİD sıralarına qatıldığını bəyan etməsi Yaxın Şərqin qanlı terror təşkilatının Liviyaya da gəldiyinə işarə idi. Gələn sonrakı məlumatlara görə, Əl-Bağdadinin göndərdiyi yəmən əsilli radikal Dərnədə İŞİD-in "əmirliyini” qurur.
Görünən odur ki, İraq və Suriyadan sonra Liviya yeni qanlı müharibənin eşiyinə gəlib. İŞİD-in daha əvvəl Misirdə bir neçə hücum həyata keçirməsi onu göstərir ki, Liviyada möhkəmlənməyə çalışan qruplaşmanın hədəfi Liviya ilə yanaşı, Misirdir (Dərnə Misir sərhədinə yaxın ərazidə yerləşir). Bu isə bir sıra dövlətlərin maraqlarına uyğundur. Çünki bununla da Misir daim gərginlik və təzyiq altında saxlanılacaq, eyni zamanda Liviyada parçalanma, zorakılıq, müharibələr davam etmiş olacaq. İraq və Suriyada olduğu kimi, Liviyada da İŞİD faktoru bir sıra dövlətlər üçün maraqlarını reallaşdırmaq vasitəsi olacaq.
Birlik İnformasiya Mərkəzinin analitik şöbəsi
"Tramp və biz bir-birimizi çoxdan tanıyırıq, o..." - Putin
Avropa Liqası: Kerem atdı, “Fənərbağça” qazandı
Nazirlər hansı universitetləri bitirib? - SİYAHI
Bakıda ermənilərin məhkəməsi: yeni sənədlər elan olunub - FOTOLAR
Zelenskidən Əliyevlə görüşü haqda paylaşım - VİDEO
ABŞ-da hava limanında iki təyyarə toqquşub
Osimhen derbidə oynamayacaq
Qəzzada müharibə davam edir - Ölənlərin sayı 66 225 nəfərə çatdı
Prezident İlham Əliyev Makronla görüşüb - Müzakirə + FOTO
İlham Əliyev Niderlandın Baş naziri ilə görüşüb
İlham Əliyevin Ukrayna prezidenti ilə görüşü olub - Kopenhagendə nələr müzakirə olunub?
Professor türkləri qorxutdu: "Zəlzələyə hazır olun"
Prokuror Ayşe Barımın azadlığa buraxılmasına etiraz edib
Dollar 4.1, qızıl 2.4 milyard... - Türkiyə Mərkəzi Bankın valyuta ehtiyatları rekord həddə çatıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İlham Əliyevlə Paşinyan nəyi müzakirə edib? - TƏHLİL
QHT sədrlərinin işi məhkəməyə göndərilib
Türkiyədə zəlzələ olub: 5 bal gücündə - 17 yaralı var
Azərbaycan Prezidenti Antonio Koşta və Ursula Fon der Lyayen ilə görüşüb - FOTOLAR (YENİLƏNİB)
Yevlaxda 29 yaşlı şəxs öldürülüb
Əxlaqsızlığı təbliğ edən tiktoker yenidən həbs olunub
Səlahəddin Dəmirtaş azadlığa buraxılır? - MHP-dən anons verildi
Əmrullayev iki mühim vəzifəni onlara həvalə etdi
İran İsrail ordusunun humanitar flotiliyaya hücumlarını pisləyib
Zelenski: Ukrayna, Balkan ölkələri və Moldovanın Aİ-yə üzvlüyünü dəstəkləmək vacibdir
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısının açılışı və plenar sessiyasında - (YENİLƏNİB)
İsrail səfiri İspaniya XİN-ə çağırılıb
Tramp Kim Çen Inla görüşə bilər
Fransa Prezidenti İlham Əliyevi və Paşinyanı sülh prosesində irəliləyişlərə görə təbrik edib
De Rossi "Torino" ilə danışıqlar aparır
Sabahın hava proqnozu açıqlanıb
Xavi Hernandez "Mançester Yunayted"ə keçir? - Təcrübəli məşqçi hazır olduğunu bildirib
Viktor Orban: Azərbaycan Avropa İttifaqı üçün qızıl ehtiyatıdır
Antonio Koşta: Prezident İlham Əliyevlə konstruktiv müzakirə apardıq
İlham Əliyev Kopenhagendə Nikol Paşinyanla görüşüb - (YENİLƏNİB)
"Amedspor" baş məşqçisi ilə yollarını ayırıb
Ədliyyə naziri Gəncədə vətəndaşları qəbul edəcək
"Arsenal" Salibanın müqaviləsini yeniləyib
Bağçalara növbəyə yazılma prosesi başlayır