"AMAY Abdulla"nın məhkəməsində qalmaqal

img

19-02-2015 [13:39]


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən "A.M.A.Y" rəhbəri Abdulla Abdullayevin cinayət işi üzrə keçirilən məhkəmə prosesində qalmaqal yaşanıb.

Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyev sədrliyi ilə keçirilən proses təqsirləndirilən şəxslərdən bəzilərinin vəkili gəlmədiyi üçün təxirə salınıb. Belə ki, saat 11-ə təyin olunan prosesdə dövlət hesabına verilən vəkillərdən Yunis Vəliyev və Şöhrət Allahmanov prosesə gəlmədiyi üçün proses saat 12:30-a təyin edilib. Saat 12:30-da həmin vəkillər prosesə gəlmədiyi üçün məhkəmə iclası saat 14:00-ə kimi yenidən təxirə salıb.

Təqsirləndirilən Abdulla Abdullayev hakimlərin qərarını narazılıqla qarşılayıb və onunla birlikdə təqsirləndirilən və zamində olan şəxslərin dövlət tərəfindən təmin olunan vəkillərdən imtina etməsini istəyib. Qeyd edək ki, Abdulla Abdullayev və digərləri Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir.

Təqsirləndirilən şəxslərdən yalnız A. Abdullayev barəsində həbs-qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədirlər. Onu da qeyd edək ki, yanvarın 29-da keçirilən iclas zamanı hakim Əfqan Hacıyev deyib ki, hazırda təqsirləndirilənlərdən Elşən Novruzov barəsində olan başqa bir cinayət işinə onların iştirakı ilə baxılır və o iş də bu cinayət işi ilə əlaqəlidir.

Ə. Hacıyev, bu səbəbdən hakim heyətinin özlərinin özlərinə etiraz verdiklərini açıqlayıb. Etiraz baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Həmin etiraza baxılıb və təmin edilməyib. İş yenidən hakim Əfqan Hacıyevin icraatına qaytarılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA