Dəhşətli cinayətin baş verdiyi motel bağlanacaq... - Polis

img

19-02-2015 [13:05]



Masazır qəsəbəsində yerləşən əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən "Romi” moteli bağlana bilər.
Bu barədə məlumatı AzNews.az saytına Abşeron Rayon Polis İdarəsindən veriblər. Məlumata görə, oteldə fevralın 16-da baş verən qətl hadisəsindən sonra araşdırmalara başlanılıb. Bildirilib ki, hazırda "Romi” fəaliyyətini davam etdirsə də, araşdırmalar bitdikdən sonra çox güman ki, onun fəaliyyətinə yasaq qoyulacaq.

Qeyd edək ki, bir neçə gün əvvəl sözügedən moteldə dəhşətli qətl hadisəsi qeydə alınıb. Biləcəri qəsəbə sakini Zöhrab İsmayılov keçmiş həyat yoldaşı Vəfa Abdullayevanın başını kəsərək öldürüb.

Onu da xatırladaq ki, AzNews.az 08.02.2015-il tarixində "Azərbaycanda əxlaqsızlıq yuvalarıyla dolu kənd” adlı foto reportaj təqdim etmişdi. Həmin reportajda Masazırda yerləşən motel-otel adı altında fəaliyyət göstərən fahişəxanaların fəaliyyətindən bəhs edilmişdi. Müxtəlif cinayətlərin baş verdiyi bu motellər arasında "Romi”nin də adı var idi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA