Həbsxanada Özgecan Aslanı zorlayanın başına oyun açdılar (FOTO)

img

18-02-2015 [20:40]


Bütün Türkiyəni yasa bürüyən Özgecan Aslan cinayətində qatilə kömək edən şəxsi həbsxanada döyərək xəstəxanalıq ediblər.

ANS PRESS-in məlumatına görə, qatilə kömək edən 3 nəfər olub, lakin həbsxanada döyülən şəxsin adı açıqlanmır.

Belə ki, həbs edilən şəxs Mersin həbsxanasında möhkəm döyüldükdən sonra ayaqları kəsilib. Türkiyə mətbuatının yazdığına görə, məhkumlar onun ayağını pəncərədən qırılmış şüşələrlə kəsiblər.

Ayaqları kəsilən məhkum dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, Özgecan Aslan cinayəti ilə bağlı qatilə yardım edən 3 nəfər Suphi Altındöken, Necmettin Altındöken ve Fatih Gökçe həbs edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA