İntim həyatından narazı qadın ərini məhkəməyə verdi

img

18-02-2015 [17:00]


Dubayda bir qadının məhkəməyə etdiyi müraciət hər kəsi təəccübləndirib. Adı açıqlanmayan qadın ərindən boşanmaq üçün məhkəməyə müraciət edib. Ən maraqlısı isə odur ki, qadın ərini "vəzifələrini" yerinə yetirə bilməməkdə ittiham edib.

ANS PRESS-in "The Gulf News"a istinadla verdiyi məlumata görə, o intim həyatından narazı olub. Qadının sözlərinə görə, əri onun istədiyi kimi gündə bir neçə dəfə intim təlabatlarını ödəyə bilmir.

Məhkəmə iddiasından sonra kişi həkim müayinəsindən keçirilib və onun səhhətinin tam qaydasında olduğu üzə çıxıb. Məhkəmə qadına da həkimə müraciət etməyi tövsiyyə edib. Lakin o bunu etməkdən yayınıb. Adı açıqlanmayan qadın məhkəmədən onları dərhal ayırmağı və ya ərinə hər hansı yolla təsir etməyi tələb edir.

Hələlik məhkəmə qəti qərar verməyib. Çünki qadının tələbi boşanma üçün kifayət deyil.

Şəriətin qanunlarına görə, boşanmaq üçün kişinin fiziki və psixi pozğunluğu, sonsuzluq problemi olmalı və ya həyat yoldaşı ilə çox pis rəftar etməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA