Rusiya NATO-nu Gürcüstanla təhdid etdi

img

18-02-2015 [16:06]


"NATO Gürcüstanı alyansa çəkməyə cəhd etsə, Rusiya müvafiq tədbirlər görməyə hazırdır”.

APA-nın "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Rusiya xarici işlər naziri Sergey Lavrov çıxış edib.
 
"Mövqeyimiz ondan ibarətdir ki, Gürcüstanın NATO-ya cəkilməsi cəhdləri Cənubi Qafqazda sabitliyə xidmət etməyəcək. Əgər bu istiqamətdə praktiki addımlar atılsa, həmin proseslərin mövcud situasiyaya mənfi təsirlərinin qarşısını almaq üçün tədbirlər görəcəyik”, - deyə o vurğulayıb.
 
Lavrov həmçinin qeyd edib ki, artıq Gürcüstanın NATO-ya çəkilməsi istiqamətində müəyyən addımlar müşahidə olunur.  
 
Xatırladaq ki, alyansla Tiflis arasında Gürcüstanda birgə hərbi təlimlərin keçirilməsi haqda razılıq əldə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA