Ukrayna Gürcüstana "yox" dedi - Saakaşvili verilməyəcək

img

17-02-2015 [18:20]


Gürcüstanın Baş Prokurorluğu keçmiş prezident Mixail Saakaşvilinin ölkəyə ekstradisiyası üçün Ukrayna Baş Prokurorluğuna müraciət edib.   

Axar.az xəbər verir ki, Prokurorluq rəsmi məlumatda Gürcüstanda Saakaşviliyə cinayət işinin açıldığını və onun axtarışda olduğunu bildirib. 

 Lakin Ukrayna Prokurorluğu iki ölkə arasında ekstradisiya haqqında saziş olmasına baxmayaraq, Gürcüstanla bu məsələdə əməkdaşlıq etmədiklərini və Mixail Saakaşvilinin ekstradisiyasını həyata keçirməyəcəklərini açıqlayıb.   

  Qeyd edək ki, fevralın 13-də Ukrayna Prezidenti Petro Poroşenko Gürcüstanının sabiq prezidenti Mixail Saakaşvilini özünün ştatdankənar məsləhətçisi təyin edib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA