Bakıda polisi döyüb paqonunu cıranlara cinayət işi açıldı

img

17-02-2015 [17:05]


Bakı şəhər Baş Polis İdarəsi və Bakı şəhər Prokurorluğu paytaxtda polis əməkdaşına qarşı törədilmiş xuliqanlıq əməli ilə bağlı birgə məlumat yayıb. Prokurorluqdan Lent.az-a daxil olan məlumatda bildirilir ki, fevralın 15-də saat 19:30 radələrində Bakı Metropoliteninin Polis şöbəsinin polis nəfəri Tahir Mikayılov xidməti vəzifələrinin icrası bitdikdən sonra Bakı Metropoliteninin "Qara Qarayev” stansiyası yaxınlığında olarkən Masallı rayon sakinləri - Elmin Hacıyev və Kərim Kərimovun ictimai qaydanı kobud şəkildə pozaraq ona qarşı zor tətbiq etməklə bədən xəsarətləri yetirməsində, həmçinin üzərində olan zədələmələrində əsaslı şübhələr olduğundan faktla bağlı Nizami rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA