“Azəriqaz”dan yarım milyon mənimsəyən sabiq sədrin işi məhkəmədə

img

17-02-2015 [15:24]


"Ulu” Məhdud Məsuliyyətli Cəmiyyətinin sabiq direktorunun qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Baş Prokurorluqdan Mia.AZ-a verilən məlumata görə, istintaq zamanı cəmiyyətin sabiq direktoru İlham Səfərovun qulluq mövqeyindən istifadə etməklə külli miqdarda pul mənimsədiyi aşkarlanıb.

İ.Səfərov Binəqədi rayonu ərazisində qaz xəttinin çəkilişi ilə əlaqədar "Azəriqaz” İstehsalat Birliyi ilə bağlanmış podrat müqaviləsinə əsasən həmin işlərin görülməsini subpodraçılara həvalə edib.

Görülən işlərin müqabilində birliyin "Bank of Azərbaycan”ASC-dəki bank hesabından çıxardığı 455 min manat məbləğində pulu subpodratçılara ödəməyərək mənimsəyib. Ona Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham elan edilib.

İstintaq zamanı vurulmuş ziyanın əhəmiyyətli hissəsinin - 319 min manatın ödətdirilməsi təmin edilib. Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA