“Cadillac”lı oğlan sürücünü təhqir edərək döyüb - Foto

img

17-02-2015 [13:54]


Bir neçə gün öncə "Cadillac” sahibi olan oğlan paytaxtda xuliqanlıq edib.

Hadisə fevralın 13-ü saat 16 radələrində C.Səlimov küçəsində baş verib.

Bakı şəhər sakini 1986-ci il təvəllüdlü Zamiq Məhhərəm oğlu Məhərrəmli "Cadillac” markalı 10 ZL 002 dövlət nömrə nişanlı avtomobillə xuliqanlıq zəminində Toyota markalı 99 HB 954 nömrəli maşını idarə edən 1981-ci il təvəllüdlü Mahmud Elxan oğlu Mahmudovu təhqir edərək yumruqla vurub.

"Qafqazinfo”nun apardığı qısa araşdırma ilə "Cadillac”ın üzərində olan nömrənin daha iki maşında istifadə olunduğu üzə çıxıb. 10 ZL 002 "İnfiniti” və "Audi” markalı avtomobillərə də taxılıb.

Murad Əhməd


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA