17-02-2015 [12:47]
Yəməndə hakimiyyət dəyişikliyi ilə yeni mərhələyə qədəm qoyan siyasi proseslər sürətlə gərginləşir. Ötən ilin sentyabrında paytaxt Sənanı ələ keçirən Husi Hərəkatı silahlıları yanvar ayında yeni konstitusiya layihəsinin hazırlanması ilə bağlı hökumətlə yaranmış anlaşılmazlıq səbəbindən hakimiyyəti devirib. Ölkədə 551 nəfərdən ibarət Şura yaradılıb.
Ancaq İrana yaxın şiə-husilərin Yəməndə hakimiyyəti faktiki olaraq ələ keçirməsi regionun ərəb dövlətləri, o cümlədən Qərb tərəfindən narahatlıqla qarşılanıb. Bir sıra Qərb ölkələri, o cümlədən ABŞ, Böyük Britaniya, eləcə də Türkiyə, BƏƏ və daha bir neçə ölkə Sənadakı səfirliklərini, özlərinin dediklərinə görə, təhlükəsizlik səbəbindən bağlayıb.
Siyasi anlaşma əldə olunmayacağı təqdirdə Yəmənə xarici müdaxilə gerçəkləşdirilə bilər
Körfəz Ölkələri Əməkdaşlıq Təşkilatı isə Yəmənə hərbi müdaxilə üçün BMT TŞ-yə müraciət edib. Ancaq Rusiya və Çinin qarşı çıxması səbəbindən BMT-nin hərbi müdaxiləyə əsas verən 7-ci maddə qəbul olunmasa da, husilərin silahlı qüvvələrini geri çəkməsi və hakimiyyəti təhvil verməsi tələb olunur. Ancaq bir neçə gün əvvəl region ərəb dövlətlərinin təşəbbüsü ilə Misirin Yəmənə hərbi müdaxilə edəcəyi ilə bağlı informasiyalar yayılıb və görünən odur ki, siyasi anlaşma əldə olunmayacağı təqdirdə Yəmənə xarici müdaxilə gerçəkləşdiriləcək.
Əvvəlcə ondan başlayaq ki, 30 ildən artıq Əli Abdullah Saleh tərəfindən idarə olunan Yəmən qeyri-sabit və kasıb ölkələr siyahısındadır. Ölkədə neft-qaz və zəngin turizm imkanlarının olmasına baxmayaraq uzun illər davam edən avtoritar idarəçilik, dərin qəbilə-tayfa münasibətləri, uzun müddətli münaqişələr Yəmənin dirçəlməsinə mane olan əsas amillər sırasındadır. 2011-ci ildə "ərəb baharı” dalğasında Yəməndə də etiraz dalğası başlayıb və bir il sonra Əli Abdullah Saleh vəzifədən getməyə məcbur olub. Ancaq inqilabın qələbə çalmasına baxmayaraq, Yəməndə bütün tərəfləri qane edəcək və ən əsası ölkədə ciddi islahatları həyata keçirəcək hökumət formalaşdırmaq mümkün olmayıb. Prezident seçilən keçmiş hərbçi Abdurəbbi Mansur Hadi "ixvanın” Yəmən qoluna yaxın və körfəz ərəb ölkələrinin təsiri altında olub və ötən 3 il ərzində faktiki olaraq Yəməndə müsbətə doğru hansısa dəyişiklik olmayıb.
Ancaq bunun əksinə ölkənin cənubunda separatçı Cənub Hərəkatı (Yəmən uzun illər ikiyə bölünmüş vəziyyətdə olub və 1990-cı ildə birləşdirilib, ancaq buna baxmayaraq bölünmə tərəfdarları hələ də qalır ) yenidən fəallaşıb, şimalda isə husilər hökumətlə anlaşa bilməyiblər. Bundan başqa, bir çox qəbilələr də mərkəzi hökumətlə dil tapa bilməməsi səbəbindən tez-tez ordu ilə tayfa qüvvələri arasında toqquşmalar olub. Ən təhlükəli olan isə Yəməndə "əl-Qaidə”nin yerli qolunun son illərdə sürətlə böyüməsidir. "Əl-Qaidə”nin Yəmən qolu son illərdə xeyli dərəcədə fəallaşıb, ordu qüvvələrinə, eləcə də strateji əhəmiyyət daşıyan neft və qaz kəmərlərinə tez-tez hücumlar edir.
Yəməndə daxildə silahlı toqquşmalar davam edəcək
Belə bir vəziyyətə növbəti dəfə hakimiyyət dəyişikliyi ilk baxışdan müsbətə doğru addım kimi görünsə də, proseslərin silahlı qüvvələr vasitəsi ilə həyata keçirilməsi və ən əsası regionun əsas güclərinin maraqlarına cavab verməməsi gərginliyi daha da artırır. Əlbəttə, Yaxın Şərqin daha bir ölkəsində şiə siyasi qüvvələrin mərkəzi hakimiyyəti ələ keçirməsi digər oyunçuların maraqlarına cavab vermir. Həm körfəz ərəb ölkələri, həm də Türkiyə və Qərbin İranın regionda gücünü artıracaq bu hadisə ilə razılaşması real deyildi. Aydın görünür ki, Yəməndə həm də regional və geniş mənada beynəlxalq miqyasda qarşıdurma baş verir. Husi Ənsarullah hərəkatının hakimiyyəti tamamilə götürməsinə mane olmaq üçün region ölkələri Yəmənə xarici müdaxilə və ya ən azından daxildə silahlı münaqişənin yaranmasına çalışacaq. Onsuz da Yəmən "əl-Qaidə”si, cənubdakı separatçılar və silahlı qəbilə qüvvələri Yəməndə sabitliyin pozulması üçün əllərindən gələni edirlər. Əgər siyasi təzyiqlər nəticə verməsə, böyük ehtimalla, Yəməndə daxildə silahlı toqquşmalar davam edəcək. Artıq ötən ilin sonlarından başlayaraq Yəməndə "əl-Qaidə” ilə husilər arasında baş verən qarşıdurmalar yeni müharibənin anonsu sayıla bilər.
Yəmən ikinci Suirya və ya İraqa çevrilir
İndilikdə isə husilərin iki çıxış yolu var. Birincisi, daxili siyasi qüvvələrin və tayfaların mühüm bir hissəsinin dəstəyini almaqla Yəməndə birlik hökumətini qurmağa nail olmaq. Əgər bu baş versə, xarici təzyiqlərin böyük ölçüdə qarşısını almaq mümkün olacaq. İkinci yol isə silah yolu ilə hakimiyyət qurmaq. Bu zaman xarici müdaxilə olmasa belə, Yəmən daxilində müxtəlif xarici dövlətlərə bağlı qrupların hərəkətə gələcəyi proqnozlaşdırılır. Yəni yaxın perspektivdə Yəməndə daxili müharibələr yenidən alovlanır, Yəmən ikinci Suirya və ya İraqa çevrilir. Bu zaman artıq silah və hərbi güc vasitəsilə husilərin hakimiyyətdə qalması mümkün olacaq. Bu isə xeyli dərəcədə riskli yoldur. Lakin eyni zamanda bu variant region ölkələri, ən mühümü isə Yəmənlə qonşu olan Səudiyyə Ərəbistanının maraqlarına cavab vermir. Çünki Yəmənlə sərhəd bölgələri xeyli dərəcədə həssasdır və bir neçə dəfə savaşlar Səudiyyə Ərazisinə keçib. Rəsmi ər-Riyad ehtiyat edir ki, müharibənin qızışması tezliklə silahlı toqquşmaların Səudiyyə ərazisinə yayılmasına səbəb ola bilər və ölkədəki narazı qəbilələri, o cümlədən şiələri ayaqlandıra bilər. Bu səbəbdən də Səudiyyə və körfəz ölkələri hələlik mümkün qədər Yəməndəki böhranın siyasi yolla həllinə çalışır, silahlı münaqişəyə ehtiyatla yanaşırlar. Yəməndə daxili müharibənin başlaması bütövlükdə Yaxın Şərq regionunda vəziyyətin nəzarətdən çıxmasına səbəb ola bilər ki, bu da indi heç kimə sərfəli deyil.
Bu mənada Yəməndəki proseslərin müsbət yekunlaşması üçün ilk növbədə daxili siyasi qüvvələrin daha həssas və sülhsevər yanaşmasını tələb edir. Ölkənin gələcəyi naminə birlik əldə olunması Yəmən siyasi qüvvələri üçün bir nömrəli məsələyə çevrilib. Əks halda yeni bir savaş ölkəsi ilə qarşı-qarşıya qalacağıq.
Birlik İnformasiya Mərkəzinin analitik şöbəsi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Tramp və biz bir-birimizi çoxdan tanıyırıq, o..." - Putin
Avropa Liqası: Kerem atdı, “Fənərbağça” qazandı
Nazirlər hansı universitetləri bitirib? - SİYAHI
Bakıda ermənilərin məhkəməsi: yeni sənədlər elan olunub - FOTOLAR
Zelenskidən Əliyevlə görüşü haqda paylaşım - VİDEO
ABŞ-da hava limanında iki təyyarə toqquşub
Osimhen derbidə oynamayacaq
Qəzzada müharibə davam edir - Ölənlərin sayı 66 225 nəfərə çatdı
Prezident İlham Əliyev Makronla görüşüb - Müzakirə + FOTO
İlham Əliyev Niderlandın Baş naziri ilə görüşüb
İlham Əliyevin Ukrayna prezidenti ilə görüşü olub - Kopenhagendə nələr müzakirə olunub?
Professor türkləri qorxutdu: "Zəlzələyə hazır olun"
Prokuror Ayşe Barımın azadlığa buraxılmasına etiraz edib
Dollar 4.1, qızıl 2.4 milyard... - Türkiyə Mərkəzi Bankın valyuta ehtiyatları rekord həddə çatıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İlham Əliyevlə Paşinyan nəyi müzakirə edib? - TƏHLİL
QHT sədrlərinin işi məhkəməyə göndərilib
Türkiyədə zəlzələ olub: 5 bal gücündə - 17 yaralı var
Azərbaycan Prezidenti Antonio Koşta və Ursula Fon der Lyayen ilə görüşüb - FOTOLAR (YENİLƏNİB)
Yevlaxda 29 yaşlı şəxs öldürülüb
Əxlaqsızlığı təbliğ edən tiktoker yenidən həbs olunub
Səlahəddin Dəmirtaş azadlığa buraxılır? - MHP-dən anons verildi
Əmrullayev iki mühim vəzifəni onlara həvalə etdi
İran İsrail ordusunun humanitar flotiliyaya hücumlarını pisləyib
Zelenski: Ukrayna, Balkan ölkələri və Moldovanın Aİ-yə üzvlüyünü dəstəkləmək vacibdir
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısının açılışı və plenar sessiyasında - (YENİLƏNİB)
İsrail səfiri İspaniya XİN-ə çağırılıb
Tramp Kim Çen Inla görüşə bilər
Fransa Prezidenti İlham Əliyevi və Paşinyanı sülh prosesində irəliləyişlərə görə təbrik edib
De Rossi "Torino" ilə danışıqlar aparır
Sabahın hava proqnozu açıqlanıb
Xavi Hernandez "Mançester Yunayted"ə keçir? - Təcrübəli məşqçi hazır olduğunu bildirib
Viktor Orban: Azərbaycan Avropa İttifaqı üçün qızıl ehtiyatıdır
Antonio Koşta: Prezident İlham Əliyevlə konstruktiv müzakirə apardıq
İlham Əliyev Kopenhagendə Nikol Paşinyanla görüşüb - (YENİLƏNİB)
"Amedspor" baş məşqçisi ilə yollarını ayırıb
Ədliyyə naziri Gəncədə vətəndaşları qəbul edəcək
"Arsenal" Salibanın müqaviləsini yeniləyib