“Nurgün” şirkətində bəzi məsul şəxslərin həbs olunma təhlükəsi

img

16-02-2015 [13:12]


"Nurgün” şirkətlər qrupunun prezidenti Nuru Əliyevin Salyanda başı dərdə girib. Belə ki, vergi müvəttişləri "Nurgün” şirkətlər qrupunun Salyanda fəaliyyət göstərən filialında külli miqdarda vergi qaçaqçılığı aşkar olunub. Bununla bağlı "Nurgün” şirkətində bəzi məsul şəxslərin həbs olunması ehtimalı var.

Bu barədə PİA.AZ-a daxil olan məlumatda bildirilir ki, vergi müvəttişləri "Nurgün” şirkətlər qrupunun Salyanda fəaliyyət göstərən filialında külli miqdarda qanunsuzluqlar, vergidən yayınma və mənimsəmələr aşkarlanıb. Bildirilir ki, "Nurgün” şirkəti Salyanda yağ-pendir istehsal edən sexi var. Amma şirkətin əsas fəaliyyəti heç də süd məhsulları istehsal etmək deyil. Lakin süd məhsullarının istehsalı sadəcə gözdən pərdə asmaq məqsədi daşıyır. Şirkət həmin sexin anbarında böyük miqyasda topdansatış mallarının dağıdılması ilə məşğul olur. Bütün çeşidlərdə ərzaq və məişət malları həmin sexdən Salyan, Neftçala, Biləsuvar, Cəlilabad, Masallı Sabirabad rayonlarındakı və Şirvan şəhərindəki mağazalara paylanılır. Sexdən paylanılan külli miqdarda ərzaq və məişət mallarının paylanılması isə bir qayda olaraq qanunsuz həyata keçirilir.

Məlumatlı mənbəninin bildirdiynə görə uzun illər qeyri-qanuni fəaliyyət göstərən həmin topdansatış məntəqəsi indiyə qədər vergidən milyonlarla manat vəsait gizlədib. Hazırda vergi müvəttişlərinin sexlərdə apardığı yoxlamalar davam etdirilir və mənbə bu yoxlamalar nəticəsində bir sıra məsul şəxslərin həbs olunma ehtimalının olduğunu bildirir. Məsələdən şirkətin prezidenti Nuru Əliyevin nə qədər xəbərdar olması barədə isə mənbəninin məlumatı yoxdur.

Qeyd edək ki, məsələ ilə bağlı "Nurgün” şirkətlər qrupu ilə əlaqə yaratmağa cəhd eləsək də, cəhdimiz ucursuz oldu. Buna baxmayaraq qarşı tərəfin mövqeyini dər c etməyə hazırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA