İŞİD liderinin dayısı tutuldu

img

15-02-2015 [21:49]


İraqda iki nəfər, o cümlədən "İraq Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının lideri Əbu Bəkr əl-Bağdadinin dayısı saxlanılıb. Modern.az xarivi KİV-ə istinadən bildirir ki, onlar Samara rayonunda təhlükəsizliyin bərpa olunması məqsədilə keçirilən əməliyyat zamanı ələ keçiblər. "Xüsusi təyinatlı dəstədən olan hərbi dəstə Bağdadinin dayısı Saleh İbrahim Əbdülmömin və bacısının əri Dxiyo Nuri Sadounanı həbs edib”, - təhlükəsizlik xidmətindəki mənbə bildirib. Bundan əvvəl verilən xəbərə görə, İŞİD İraqın Anbar vilayətindəki Əl-Baqdadi şəhərini ələ keçirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA