Bakıda “radar fırıldağı”-Diqqətli olun

img

15-02-2015 [13:32]


Bakıda radara düşdüyü üçün cərimə ödəmək istəyən şəxs fırıldaqçılıqla üzləşib. Mia.az-ın lent.az-a istinadən məlumatına görə, polisə müraciət edən Nəsimi rayon sakini, 1983-cü il təvəllüdlü Qurbanov Elnur Teymur oğlu bildirib ki, keçən ilin 9 oktyabr tarixində A.Abbaszadə küçəsində idarə etdiyi "Mercedes” markalı avtomobillə radara düşüb. O, tanışı, 1984-cü il təvəllüdlü İbrahimov Oqtay Rafiq oğluna 60 manat verib ki, radarın cəriməsini ödəsin. Lakin hadisənin üstündən bir neçə ay keçəndən sonra məlum olub ki, O.İbrahimov cəriməni ödəməyib.

9-cu Polis Bölməsinə şikayət ərizəsi yazan E.Qurbanov məsələnin araşdırılmasını və obyektiv qiymət verilməsini xahiş edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA