Poroşenko Saakaşviliyə vəzifə verdi

img

13-02-2015 [23:53]


Ukrayna prezidenti Petro Poroşenko Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilini yeni vəzifəyə təyin edib. 

"Qafqazinfo” gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə Poroşenkonun mətbuat xidməti məlumat yayıb. Ukrayna prezidenti Saakaşvilini şəxsi məsləhətçisi (müşaviri) edib. 

77/2015 №-li əmrdə bu barədə belə qeyd edilib: "Petro Poroşenko Gürcüstanın keçmiş prezidentini məsləhətçisi təyin edir (ştatdankənar)”.

Qeyd edək ki, bundan əvvəl yayılan qeyri-rəsmi mənbələrdən Saakaşvilinin Ukraynanın prezident yanında beynəlxalq Müşavirlər Şurasının sədri təyin edilməsi barədə məlumatlar yayılmışdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA