Xalq artistləri uşaq evindən pul istəyir -Biabırçılıq

img

13-02-2015 [12:29]



Şairə, eləcə də xınayaxdı mərasimlərinin aparıcısı Nazilə Səfərli Azərbaycanın məşhur müğənnilərini, Xalq artistlərini biabır edib.

AzVision.az xəbər verir ki, şairə özünün facebook səhifəsində sənətçilərin kimsəsiz, uşaq evində məskunlaşan qızın nişan mərasimində oxumaq üçün pul istədiklərini qeyd edib. .

"Fevralın 15-də Gəncə şəhərində atılmış uşaqların evindən bir qıza nişan taxılacaq. Bunun üçün çox sevinirəm. Üzüldüyüm isə bir şey var. Toylarda qaz vurub, qızıl toplayan müğənnilər, ad alan artistlər uşaq evinin müdirindən pul istəyiblər. Onlardan fərqli olaraq mən gedirəm, nişan gecəsini özüməməxsus idarə edəcəyəm.

Azərbaycanın yetim qızının nişanını isə oxumaga sizcə kim gedir? Doğuş... Çox sag ol qardaş. Bilmirəm sevinim, yoxsa utanım...”, - deyə aparıcı vurğulayıb.

Qeyd edək ki, Türkiyənin məşhur sənətçisi Doğuş ötən il "Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı ilə ailə həyatı qurub.


Digər xəbərlər
SON XƏBƏRLƏR