Azərbaycanda silahlı şəxslər yaxalandı – Əməliyyat

img

12-02-2015 [15:32]


Ötən gün Bakı polisinin həyata keçirdiyi əməliyyat nəticəsində bir neçə şəxsdən qanunsuz silah müsadirə olunub.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Mingəçevir ŞPŞ əməkdaşları Yeni Həyat qəsəbə sakini Qadir Xudabaxşıyevdən TT markalı tapança müsadirə ediblər.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi daha bir əməliyyatda isə Bakı şəhər sakini Qəşəm Əhmədovun evindən "Valter” markalı tapança və 1 patron aşkar edilib.

Nəsimi polisi də eyni gündə əməliyyat keçirib və Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Namiq Əmirovdan "Naqan” markalı tapança və 4 ədəd patron aşkara çıxarıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA