DİN Şahbaz Xuduoğlunun ailə faciəsinə səbəb olan qəza ilə bağlı məlumat yayıb

img

12-02-2015 [15:02]


Daxili İşlər Nazirliyi (DİN) jurnalist Şahbaz Xuduoğlunun ailə faciəsinə səbəb olan qəza ilə bağlı məlumat yayıb.
 
APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, fevralın 11-də saat 14 radələrində Masallı şəhəri ərazisində Bakı şəhər sakini Rafiq Mustafayev idarə etdiyi "Toyota” markalı avtomobili aşırıb. Onun sərnişinlərindən - Bakı şəhər sakini Könül Rüstəmxanlı hadisə yerində ölüb, digər sərnişini - Abşeron rayon sakini İlahə Əliyeva xəstəxanaya yerləşdirilib.
Masallı Rayon Polis Şöbəsi  tərəfindən araşdırma aparılır.
 
Qeyd edək ki, yol qəzasında dünyasını dəyişən Könül Rüstəmxanlı "Qanun” Nəşrlər Evinin sahibi, jurnalist Şahbaz Xuduoğlunun həyat yoldaşı, "Azəri-Türk" Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının bacısı, xəsarət alan İlahə Əliyeva isə Şahbaz Xuduoğlunun bacısıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA