Nazarbayev sərt ittihamlar səsləndirdi

img

11-02-2015 [22:52]


Qazaxıstan prezidenti Nursultan Nazarbayev ABŞ və Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarını barbarlığa bənzədib və bundan Qazaxıstana da ziyan dəydiyini bildirib.

ANS PRESS-in məlumatına görə, o, bu gün hökumətin iclasında çıxış edərkən, Orta Asiya ölkələri iqtisadiyyatını dollarsızlaşdırmağa çağırıb, Rusiyanın iqtisadi çətinlikdən şərəflə çıxacağına əmin olduğunu söyləyib: "Qazaxıstan da bu çətinlikdən çıxacaq. Son vaxtlar rublun dəyərdən düşməsi Qazaxıstan şirkətlərinə pis təsir göstərib". 

N.Nazarbayev buna görə Qərbi günahlandırıb, bunun xarici amillərlə bağlı olduğunu və bunun Qazaxıstanın Rusiyanın rəhbərlik etdiyi Avrasiya İttifaqının üzvü olması ilə heç bir bağlılığı olmadığını bildirib.

Prezident Mərkəzi Bankı ölkə iqtisadiyyatını dollarsızlaşdırmağa, əhali və şirkətləri isə dollarlarını tengeyə dəyişməyə, pullarını boş yerlərə xərcləməməyə və xarici yox, yerli mallar almağa səsləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA