Nərgiz Paşayevanın qızı yeni təqdimatda - FOTO

img

11-02-2015 [15:33]


Professor Nərgiz Paşayevanın qızı Aida Mahmudovanın təsis etdiyi "YARAT” Müasir İncəsənət Məkanı təqdimata hazırlaşır.

Mərkəzin FARE-nin (Milan, İtaliya) əməkdaşlığı ilə birgə həyata keçirdiyi Art-rezident layihəsi çərçivəsində italiyalı rəssam Paola Anzichenin Bakıda yaratdığı "Bakı lifləri: şəhərin portreti” əsərinin təqdimatı olacaq.

Fevralın 12-də "Kiçik QalArt" Qalereyasında gerçəkləşəcək tədbirdə "YARAT”ın qonağı olan rəssam sərgidə nümayiş etdirilən əsərindən söz açacaq, yaradıcılıq yolunun bəzi səhifələri barədə və gələcək planlarından danışacaq. Həmçinin Bakıda art-rezident olmağı barədə şəxsi təəssüratını paylaşacaq.

Rəssam, boş bir məkanda ənənəvi tekstil parçalarından və şəhərin memarlıq kompozisiyalarından götürülmüş elementlərdən istifadə edərək, Bakının qeyri-adi portretini yaratmağa çalışır. Qalereyanın genişliyindən istifadə edərək, Paola ənənəvi yerli parçalar, eləcə də şəhərin memarlıq xüsusiyyətləri kimi bir neçə elementləri özündə birləşdirən qeyri-adi Bakı portreti yaratmaq niyyətindədir. Sərginin adı onun Bakıda olarkən istifadə etdiyi yanaşma tərzini əks etdirir. O, Azərbaycanın mədəni irsi ilə sıx bağlı olan yun daxil olmaqla, buradakı yerli lifləri araşdırıb. Bakıda olduğu müddətdə onun ideyaları zənginləşib təkamül etdikcə bu, xəyali heykəllər əvvəlcə onun təxəyyülündə, daha sonra isə real həyatda formalaşmağa başladı.

"Bakı lifləri: şəhərin portreti" Paolanın şəxsi, mədəni təcrübəsinə xitab edən və bu şəhərdə tanış olduğu insanları əks etdirən kəşfiyyat portretidir.

Sərgi fevralın 19-dək davam edəcək. (buro247.az)

Digər xəbərlər
SON XƏBƏRLƏR