İŞİD-in diri-diri yandırdığı pilotla bağlı daha bir ilginc iddia - FOTO

img

10-02-2015 [17:12]


İŞİD terrorçularının diri-diri yandırdığı pilotla bağlı daha bir fakt ortaya çıxıb.

 ANS PRESS-in məlumatına görə, Muaz Kesasibənin edam anında soyuqqanlı olmasının səbəbi bəlli olub. 

İddialara görə, terrorçular edamdan öncə pilota sakitləşdirici dərmanlar veriblər. Bu iddianı Səuddiyə Ərəbistanındakı burnews.com adlı internet saytı ortaya atıb. Bu sayədədə 26 yaşlı pilot bədənini alov bürüyəndə belə səssizliyini qoruya bilib. 

Xəbərdə qan donduran görüntüləri izləyən mütəxəssislərin analizlərindən istifadə edilib. Videonu izləyən mütəxəssislərin fikrincə, Kesasibənin sinir sistemi sırdan çıxdığı üçün ağrını daha az hiss edib. 

Xatırladaq ki, iordaniyalı pilotun yandırılması görüntüləri bir necə gün öncə yayılıb. Bu görüntülərdən sonra İordaniya kralı İŞİD-la mübarizədə səylərini daha da gücləndirib və koalisiya qüvvələri tərəfindən terrorçuların sığınacaqları güclü bombardımana məruz qalıb. 




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA