Ukrayna ordusu genişmiqyaslı hücuma keçdi - mövqelər geri qaytarılır

img

10-02-2015 [14:09]


Ukrayna ordusunun "Azov” alayı  bu səhər separatçıların əlində olan Novoazovsk şəhərinin üzərinə genişmiqyaslı hücum təşkil edib.

Avropa.info xəbər verir ki, "Azov” səhər saatlarında separatçıların mövqelərini intensiv atəşə tutub. Mariupol ətrafında 20-dən çox Ukrayna hərbi texnikası cəmləşib. 

Genişmiqyaslı hücum nəticəsində Donetskin strateji əhəmiyyətli Kominternovo kəndinin üzərində Ukrayna bayrağının dalğalandığı bildirilir.

"Azov” döyüşçüləri separatçıların blokpostlarını təmizləməklə məşğuldur. Bütün cəbhə boyu şiddətli döyüşlər gedir.

Daha əvvəl "Azov” batalyonu Pavlopolya kəndinin alındığı məlumatını vermişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA