Daha bir poçta basqın oldu - Gəncədə silahlı olay

img

09-02-2015 [23:40]


Bu gün axşam saatlarında Gəncədə silahlı basqın hadisəsi qeydə alınıb.

 Kəpəz TVxəbər verir ki, şəhərin Səbuhi Xasıyev küçəsində yerləşən 3 nömrəli poçtdan yığılan pulları mərkəzi poçta idarə etdiyi "VAZ 2106” markalı avtomobillə aparan Tofiq Rüstəmova silahlı və masqalı şəxs yaxınlaşaraq pulları tələb edib. Səbuhi Xasıyev silahlı şəxsə qarşı müqavimət göstərmək istəyərəkən soyğunçu əlindəki tapança ilə onun baş nahiyəsinə bir neçə dəfə zərbə endirib və pulları əldə edə bilmədiyini görərək hadisə yerindən uzaqlaşıb. Zərəçəkən dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Hazırda həkimlər xəstənin vəziyyətini normal qiymətləndirir. 

Faktla bağlı şəhər Baş Polis İdarəsində soyğunçuluq hadisəsini törətmək istəyən şəxs və şəxlərin tapılaraq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA