Bakıda polis ikiqat çempionu saxladı - VİDEO

img

09-02-2015 [20:50]


Bakıda həvəskar boks üzrə ikiqat Azərbaycan çempionu həbs edilib.  Yasamal Rayon Polis İdarəsindən APA TV -yə verilən məlumata görə, 1980-ci il təvəllüdlü Süleyman Eyvazovun üzərindən tiryək aşkarlanıb.

Yasamal rayonunda qanunsuz silah gəzdirən şəxs də yaxalanıb. Astara rayon sakini Samir Kazımov qundağı kəsilmiş ov silahı gəzdirdiyinə görə tutulub. Silahı tapdığını deyən Samir Kazımov həyətə düşüb zibili atmaq istədiyi vaxt bağlamanın işində ayağına nəsə dəydiyini bildirib. Açıb baxdıqda, silah olduğunu görüb. Saxlanılan şəxs əvvəllər də xuluqanlıq maddəsi ilə məhkum olunub: "Düşməni olan adamam, üstümdə gəzdirirəm".

Hər iki faktla bağlı araşdırmalar davam edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA