İŞİD falçının başını belə kəsdi - FOTOLAR

img

09-02-2015 [17:43]


İŞİD vəhşəti bitmir. Terrorçular daha bir qandondurucu edam gerçəkləşdiriblər. 

ANS PRESS-in məlumatına görə, bu dəfə onlar 60 yaşlı bir kişinin başını kəsiblər. 

Hər fürsətdə vəhşətdə sərhəd tanımadıqlarını sübut edən İŞİD terrorçuları Rakka şəhəri yaxınlığındakı yeni edamın görüntülərini yayıblar.

Ən son olaraq iordaniyalı pilot Muaz Safi Əl-Kesasibəni diri-diri yandırıb, bir homoseksualı isə binanın 7-ci mərtəbəsindən ataraq bütün dünyanın hiddətinə səbəb olan terrorçular tutduqları yaşlı kişini falçılıqla məşğul olmaqda ittiham ediblər. 

Baxıçılıq və falçılıqda ittiham edilən kişinin başı balta ilə üzülüb. 

Terror təşkilatının yadığı fotolarda onlarla insanın edam səhnəsini kino kimi izlədiyi görünür. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA