Zaqatala postunda daha bir qanlı olay - sürücü şübhəli şəkildə ozünü vurdu

img

09-02-2015 [11:00]


Zaqatala rayonunda postda polis tərəfindən saxlanılan avtomobildən narkotik maddə tapılıb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə fevralın 8-də, axşam saat 19 radələrində qeydə alınıb.
 
1986-cı il təvəllüdlü, Bakı sakini Emil Rafiq oğlu Nəbiyev idarə etdiyi "Daewoo” markalı, 10 PV 115 dövlət nömrə nişanlı avtomobillə Balakəndən  Bakı istiqamətində hərəkətdə olarkən, avtomobilin işıqlandırma sistemində olan nasazlığa görə, postda xidməti vəzifəsində olan  polis baş çavuşu Elşən Namazov tərəfindən saxlanılıb. Sənədlərin yoxlaması zamanı sürücü Emil Nəbiyev özünü şübhəli apardığından polis əməkdaşları maşında axtarış aparıblar. Avtomobildə aparılan axtarış zamanı arxa oturacağın altında polietilen torbada narkotik vasitə hesab olunan qurudulmuş marixuana aşkar edilib. Əraziyə Zaqatala rayon Polis Şöbəsinin əməkdaşları da cəlb edilib. Hal şahidlərinin iştirakı ilə avtomobildən 160 qrama yaxın qurudulmuş marixuana götürülüb. Bu zaman oradan uzaqlaşmağa çalışan sürücü Emil Nəbiyev üzərində gəzdirdiyi bıçaqla qarın nahiyəsinə xəsarət yetirib. Emil Nəbiyev saxlanılaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
 
Zaqatala RMX-dan bildirilib ki, qarın boşluğunun kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya daxil olan E. Nəbiyevin üzərində cərrahiyə əməliyyatı aparılıb, vəziyyəti orta-ağır qiymətləndirilir.
 
Faktla bağlı Zaqatala rayon RPŞ-də cinayət işi başlanıb, araşdırma aparılır.

Mia.az onu da xəbər verir ki, bir müddət əvvəl də həmin zonda yol polisləri ilə sürücü arasında oxşar hadisə yaşanıb. O zaman baş verən qanlı olayı da "narkotika" söhbəti ortaya atmaqla, yol polislərini vəziyyətdən çıxarmağa çalışdılar. Bu və ya digər hadisələrlə bağl araşdırmalarımız olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA