Azərbaycanda daha bir prodüser həbs olundu-Narkotika

img

07-02-2015 [12:33]


Tanınmış müğənni Sevinc Ağaşirinovanın prodüseri Elvin Əli bir neçə gün əvvəl həbs olunub. Mia.az lent.az-a istinadən xəbər verir ki, prodüser narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək istintaqa cəlb edilib. Onun barəsində məhkəmə tərəfindən istintaq müddəti üçün həbs-qətimkan tədbiri seçilib


Məsələ ilə bağlı müğənni S.Ağaşirinova ilə əlaqə saxlayıb. Müğənni deyib ki, prodüserinin həbsindən xəbəri yoxdur: "O, artıq mənimlə işləmir. 3 ay idi ki, işbirliyimizə son qoymuşduq. Onun belə bir iş edəcəyinə inanmıram. Əgər edibsə, Azərbaycan qanunları qarşısında cavab verəcək”.

Qeyd edək ki, bir müddət öncə şou-biznesdə daha bir azərbaycanlı prodüser Vəfa Vaqifqızı Məmmədova insan alverində şübhəli bilinərək istintaqa cəlb edilib. Daha çox əməkdar artist Nüşabə Ələsgərlinin yanında çalışan V.Məmmədova barəsində Nərimanov rayon Məhkəməsinin qərarı ilə iki ay müddətinə həbs-qətiimkan tədbiri seçib. O, Bakı İstintaq Təcridxanasına göndərilib. E.Əliyə gəlincə, o, prodüserliklə yanaşı teleradio sahəsində də çalışıb. Gənc prodüser ATV telekanalında və 106.3 FM radiosunda da çalışıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA