Azərbaycanda müəllimin döydüyü deyilən 5-ci sinif şagirdi özünü asdı

img

06-02-2015 [19:44]


Gədəbəy rayonunda 11 yaşlı oğlan intihar edib.

Bu barədə Gədəbəy rayon prokurorunun köməkçisi Anar Nağıyev ANS PRESS-ə məlumat verib. Onun sözlərinə görə, rayonun Arabaçı kəndində 2004-cü il təvəllüdlü Şahin Gülzalı oğlu Abbasov özünü asıb.

Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit tibbi ekspertizadan keçirilib. Hazırda baş verən intiharın səbəbləri dəqiqləşdirilir.

Hadisə ilə əlaqədar ANS PRESS-in "qaynar xətti"nə bildirilib ki, uşaq orta məktəbdə müəllim tərəfindən döyülüb. Deyilir ki, 5-ci sinifdə oxuyan oğlanın sinif rəhbəri Rübail Tofiq oğlu Nəbiyev döyüb.

Ehtimal olunur ki, məktəbdə şagirdlərin gözü qarşısında müəllim tərəfindən kobud rəftarla üzləşən uşaq bu səbəbdən özünü asıb. Lakin rayon prokurorluğunda faktla bağlı heç bir məlumat verilməyib.

"Rübail Nəbiyev intihar edən Şahin Abbasovun sinif rəhbəri olduğu üçün dindirilib. Hazırda istintaq aparılır. İstintaq sirri olduğu üçün bəzi detalları açıqlaya bilmərik", - deyə Anar Nağıyev bildirib.

Faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.

Məsələ ilə bağlı Təhsil Nazirliyində araşdırmalara başlanılıb. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, araşdırmalardan sonra hadisnin əsas səbəbləri məlum olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA