29-01-2015 [00:12]
Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi və ona tabe qurumlar tərəfindən 2014-cü ildə insan alverinə qarşı mübarizə sahəsində şəxsiyyətin və cəmiyyətin insan alverinin istənilən formalarından müdafiəsi, bu növ cinayətlərin aşkar edilməsi və qarşısının alınması, habelə nəticələrinin aradan qaldırılması sahəsində bir sıra işlər görülüb.
Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsindən verilən məlumata görə, 2014-cü ildə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində insan alveri ilə bağlı 23 cinayət işi üzrə 105 fakt müəyyən edilib, həmin faktların 97-si insan alveri, 5-i məcburi əmək, əlavə olaraq 3 fakt insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə bağlı olub. İnsan alveri və məcburi əmək cinayətləri törətdiklərinə görə 26 şəxs (18 qadın, 8 kişi) cinayət məsuliyyətinə cəlb edilib və insan alveri qurbanı olaraq 54 nəfər (51 qadın, 3 kişi, onlardan 3-ü əcnəbi şəxs) müəyyən edilib.
Hesabat dövründə insan alveri ilə məşğul olan 9 cinayətkar qrup və 1 mütəşəkkil dəstə ifşa edilərək zərərsizləşdirilib, istintaqı tamamlanan 23 cinayət işi məhkəmə orqanlarına göndərilib, 21 insan alverçisi barədə ittihamedici hökm çıxarılıb.
Qurbanlardan 38 nəfər (35 qadın, 3 kişi, o cümlədən 3 əcnəbi şəxs) təhlükəsiz sığınacağa yerləşdirilib, onların müdafiəsi və zəruri yardımların göstərilməsi ilə bağlı tədbirlər davam etdirilib. Sığınacağa yerləşdirilən qurbanların hamısına tibbi, psixoloji və hüquqi yardımlar göstərilib, hər biri zəruri geyimlə təmin ediliblər. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən insan alverindən zərər çəkən 53 qurbana reinteqrasiya dövründə birdəfəlik müavinətlər verilib. Qurbanlardan 24-ü işlə təmin edilib, 35-i peşə kursuna göndərilib.
34 nəfər insan alveri qurbanının ailəsi ilə söhbətlər aparılıb, onların ailələrinə qayıdışına köməklik göstərilib, 8 qurbanın övladları (11 uşaq) məktəbdənkənar təhsil proqramına cəlb edilib, 3 qurbanın uşağı "Azərbaycan Uşaqlar Birliyi”nin müvəqqəti sığınacağına yerləşdirilib. Baxımsız qalmış və risk qrupuna daxil olan 3 uşağa doğum haqqında şəhadətnamənin verilməsində köməklik göstərilib. İnsan alveri qurbanlarına Kömək Fondu tərəfindən qurbanlardan 40-ı maddi yardım, 14 potensial insan alveri qurbanı isə geyim və qida məhsulları ilə təmin olunub.
Qurbanlardan 36-sı sosial xidmətlərin həyata keçirilməsinin təmin edilməsi məqsədilə QHT-lərə, 51-i isə müvafiq yardımların göstərilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Təminat Xidməti yanında İnsan alveri qurbanları üçün Yardım Mərkəzinə istiqamətləndirilib. Yardım Mərkəzi tərəfindən 22 nəfərə hüquqi,8 nəfərə tibbi, 6 nəfərə psixoloji yardımlar göstərilib, 10 nəfər məşğulluğun təmin edilməsilə, 9 nəfər isə peşə kurslarına yönləndirmə ilə bağlı Dövlət Məşğulluq Xidmətinə istiqamətləndirilib, 4 nəfər Gəncə reabilitasiya və reinteqrasiya mərkəzinə yerləşdirilib, 1 nəfərin torpaq sahəsi ilə təmin olunması üçün müvafiq icra hakimiyyətinə müraciət edilib.
Qeyri-hökumət təşkilatları tərəfindən isə Yardım Mərkəzinə 46 nəfər potensial insan alveri qurbanı istiqamətləndirilib. Həmin şəxslərdən 6 nəfərinə hüquqi yardım, 4 nəfərinə tibbi yardım göstərilib, 15 nəfər məşğulluğun təmin edilməsilə, 7 nəfər isə peşə kurslarına yönləndirmə ilə bağlı Dövlət Məşğulluq Xidmətinə istiqamətləndirilib, 3 nəfərə maliyyə yardımı göstərilməsi ilə bağlı BMqT-na, 5 nəfər ünvanlı sosial yardım yardım alması üçün Əhalinin Sosial Müdafiəsi Mərkəzinə yönləndirilib, 1 nəfərin hüquqlarının təmin edilməsi ilə bağlı, 2 nəfərin isə Müharibə və Əmək Əlilləri üçün Pansionda yerləşdirilməsi ilə bağlı Dövlət Sosial Təminat Xidmətinə müraciət edilib, 1 nəfər Gəncə reabilitasiya və reinteqrasiya mərkəzində yerləşdirilib, 1 nəfər potensial insan alveri qurbanının uşağı uşaq bağçasına yerləşdirilib, 1 insan alveri qurbanına və 1 potensial insan alveri qurbanına torpaq sahəsi ayrılması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edilib.
Təhlil göstərir ki, insan alveri qurbanları Türkiyə Respublikasına (37 nəfər), Rusiya Federasiyasına (8 nəfər) və Birləşmiş Ərəb Əmirliklərinə (6 nəfər) aparılıb. Qurbanlardan 3-ü (hamısı əcnəbi şəxs, 2-si rus, 1-i çin əsilli kişilər) ölkə daxilində əmək istismarına, 51-i isə (hamısı qadın) cinsi istismara məruz qalıb. Qurbanların hamısı işləməyən, 1-i ali, 39-u orta, 9-u natamam orta təhsilli, 5-i təhsilsizdir. Onlardan 15-i 18-25, 30-u 25-35, 9-u isə 35-dən yuxarı yaş hədlərində olub, hamısı subay olmaqla 13-nün himayəsində azyaşlı uşaqları var.
2014-cü ildə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ictimai mənəviyyat əleyhinə cinayətlərlə bağlı Baş İdarədə 139, respublika polis orqanlarında 37, ümumilikdə 176 cinayət faktı qeydə alınıb.
Hesabat dövründə 25-i insan alveri, 26-sı isə Cinayət Məcəlləsinin 171, 243, 244-cü maddələri üzrə 51 təqsirləndirilən şəxs axtarışda olub, onlardan 35-i, o cümlədən 12 insan alverçisi tutularaq istintaq və məhkəmə orqanlarına təqdim edilib. Hazırda axtarışda qalan təqsirləndirilən şəxslərin İnterpol kanalları ilə beynəlxalq axtarışı davam etdirilir.
"Qaynar xətt” telefon xidmətinə 2014-cü il ərzində müxtəlif məsələlərlə bağlı 13216 məlumat daxil olub, onlardan 28-i insan alverindən zərər çəkməsi, 4-ü insan alverçisi ehtimal olunan şəxslər barədə, 333-ü xaricdə işə düzəlmə ilə bağlı, 333-ü xaricdə təhsil alma, 256-sı xarici vətəndaşla nikah bağlama, 12262 məlumat isə digər məsələlərlə əlaqədar olub, insan alveri haqqında məlumatlar araşdırılıb, zəng etmiş abonentlərə müvafiq məsləhətlər verilib.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə daha bir baş məşqçi istefa verdi
Pakistan və Əfqanıstan arasında toqquşma: 44 post ələ keçirilib
600-dən çox sahibkarın iştirak etdiyi tədbirdə Veysəloğlu Şirkətlər Qrupu mükafatlandırılıb - FOTO
BİR HƏFTƏYƏ MÜHARİBƏ BİTİR? - "ABŞ İsrailə konkret vaxt qoyub"
Müğənni Manaf Ağayevin oğlu həbs edilib - Təfərrüat (YENİLƏNİB)
Azərbaycan və Türkiyə XİN başçıları telefonda danışdı
Müğənni yeni imicdə: sevənləri tanıya bilmədi - FOTOLAR
Ramazanın 24-cü gününün duası: imsak və iftar vaxtı
Livan prezidenti: "Biz İsraillə danışıqlara hazırıq, amma..."
Milli Məclisin növbəti iclası: hansı qanunlara dəyişiklik olunacaq?
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
XIII Qlobal Bakı Forumunun ikinci günü başlayıb (Yenilənib)
BU QANUNU POZANLAR 5 MİN MANATADƏK CƏRİMƏLƏNƏCƏK - Prezident yeni qanunu təsdiqlədi
Novruz bayramında neçə gün iş olmayacaq? - QƏRAR
TƏBİB-in eks-rəhbəri ilə bağlı sensasion iddialar - Xaricdəki jurnalistə gizli məlumatları kim ötürürmüş?
İran raketləri və NATO qalxanı: Türkiyənin üzləşdiyi yeni təhlükəsizlik sınağı (TƏHLİL)
Sabiq icra başçısının şikayətinə "yox" deyildi
Aİ-dən ABŞ-a etiraz - Rusiya nefti ilə bağlı narazılıq yaranıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
İlber Ortaylı vəfat edib
BAEA rəbəri Moskvaya getdi, həmkarı ilə görüşdü - "İranın nüvə silahı hazırladığına dair heç bir dəlil görmədik"
Əli Əsədov Milli Məclisdə hesabat verdi (YENİLƏNİB)
ABŞ lideri İranı hədələdi: "Gələn həftə daha sərt vuracağıq"
BMT-nin Baş katibi Beyrutda: "Livan xalqı müharibəyə sürüklənir"
ABŞ təyyarəsi İraqda qəzaya uğrayıb - 4 nəfər ölüb
Süni intellektlə qadınları şantajda şübhəli bilinən şəxs həbs olunub
TFF "Qalatasaray"ın futbolçusunu cəzalandırdı - 2 oyunluq
"İRANIN TƏSLİM OLMASINI ELAN EDƏCƏK LİDER QALMAYIB" - Tramp G7 ölklərinin liderlərinə belə deyib
Siyəzəndə 17 yaşlı qız dəm qazından boğulub
Adnan Əhmədzadə ilə bağlı daha bir qərar verildi
Özbəkistan prezidenti Bakıya səfərə hazırlaşır
Xəzər TV-nin rəhbərinin səhhətində problem yaranıb
İrandan atılan daha bir raket Türkiyə səmasında vurulub - Açıqlama
Tehranda minlərlə insan "Qüds günü" ilə bağlı küçələrə axışdı - İsrail bölgəni vurdu, iranlılar geri çəkilmədi (FOTOLAR)
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanılıblar
"ABŞ İranın Hörmüz boğazını bağlamaq qərarındakı qətiyyətini belə gözləmirdi" - "Tehran bu qərarı ilə Amerika və bölgə ölkələrini çaşdırıb"
Türkiyə gəmilərindən biri Hörmüz boğazından buraxıldı: "İrandan icazə aldıq və..." - "Zəngəzur dəhlizi bizi Uzaq Şərqə qədər çıxaracaq"
Azercell qadınların yaradıcı inkişafına dəstək göstərir - FOTOLAR
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - SİYAHI
Sabah hava necə olacaq? - Proqnoz
May ayında neçə gün rəsmi iş olmayacaq? - Dəyişiklik
Bakıdakı bəzi universitetlər bölgələrə köçürüləcək - 4 ilə kimi
Əli Əsədov MM-də quru sərhədlərindən danışdı: "Son hadisələr bu qərarın nə qədər əsaslı olduğunu göstərir"
Xətaidə qaydanı pozan “Ferrari” duracağa yerləşdiridi - VİDEO
64 əcnəbiyə Azərbaycan vətəndaşlığı verilib