Mingəçevir, Quba və Qəbələ sakinlərindən odlu silah götürülüb

img

28-01-2015 [14:30]



Yanvarın 27-də Mingəçevir şəhər sakini Fərahim Əliyev Yevlax şəhərinin ərazisində ictimai qaydanı pozduğu üçün Yevlax rayon Polis Şöbəsinə gətirilib. Mia.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ona məxsus "Niva” markalı avtomobilə baxış zamanı "Ekol YS-66” markalı pnevmatik tapança, "TOZ-16” markalı ov tüfəngi, 1 ədəd patrondaş, 7 ədəd patron və 1 ədəd bıçaq aşkar edilərək götürülüb.

Quba rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Tülər kənd sakini Bəxtiyar Şirinovun evinə baxış zamanı "TOZ-20” markalı ov tüfəngi, kustar üsulla hazırlanmış "TOZ-16” markalı ov tüfəngi, "Naqan” tipli tapança, 1 ədəd bıçaq və 1 xəncər aşkar edilərək götürülüb. Digər məlumata görə, Qəbələ rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sultannuxa kənd sakinləri Sərvan Daşdıyevədən və Şamil Məliklidən müvafiq sənədləri olmayan 2 ədəd "TOZ-16” markalı ov tüfəngləri götürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA