Paytaxt polisi və prokurorluğun başkəsən ərlə bağlı birgə məlumatı...

img

26-01-2015 [19:47]


Bakıda kişinin arvadının başını kəsməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) və şəhər prokurorluğundan musavat.com-a verilən birgə məlumatda qeyd olunur ki, yanvarın 26-da saat 12 radələrində paytaxtın Nərimanov rayon sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlham Elləz oğlunun qısqanclıq zəminində yaşadığı evdə arvadı, 1979-cu il təvəllüdlü Süleymanova Məhəbbət Nəriman qızının boğaz və bədəninin digər nahiyələrinə çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
 
İ.Süleymanov daha sonra rayon hüquq-mühafizə orqanlarına könüllü gələrək təslim olub və şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
 
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
 
Qeyd edək ki, qətl hadisəsi törədən şəxs Bakı Metropolitenində elektrik-mexanik işləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA