Yasamal məhkəməsinin sədrinə yeni vəzifə verildi

img

24-01-2015 [20:40]


Bu gün Azərbaycan Respublikası Ümumi Məhkəmə Hakimləri İctimai Assosiasiyasının və İxtisaslaşdırılmış Məhkəmə Hakimləri İctimai Birliyinin birgə iclasI keçirilib.

ANS TV-nin məlumatına görə, tədbirdə çıxış edən Yasamal rayon Məhkəməsinin sədri Ələddin Cəfərov ötən il ərzində görülmüş işlər barədə iştirakçılara məlumat verərək, qarşıya qoyulan məqsəd və vəzifələrdən danışıb. Yığıncaqda həmçinin təşkilat məsələlərinə baxılaraq yeni tərkibdə icra orqanlarının seçkisi keçirilib.

Sonda isə hər iki qrumun birləşərək Azərbaycan Respublikası Məhkəmə Hakimləri İctimai Assosasiyalarının İttifaqı adı altında birgə fəaliyyət göstərməsinə qarar verilib. Bu ittifaqın sədri isə yekdilliklə Ələddin Cəfərov seçilib.

Ələddin Cəfərov deyir ki, bütün tədbirlərdə hər iki Assossasiyanın hakimləri iştirak etdiyinə görə, belə qərara gəlinib ki, birgə tədbirlər üçün mütləq ümumi bir ittifaq yaradılmalıdır. O bunun müqabilində isə insanların hüquq və azadlıqlarının müdafiəsinin təşkilinə və təmininə zəmin yaradılmalı olduğunu bildirdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA