İŞİD-də qarşıdurma, 25 nədər qətlə yetirildi

img

24-01-2015 [12:18]


İŞİD terror təşkilatının Nəqşibəndi dəstələri arasında qarşıdurma baş verib.

ANS PRESS-in məlumatına görə, atışma zamanı 25 təşkilat üzvünün öldüyü məlum olub. Bu atışma peşmergənin Mosul yaxınlığında təşkil etdiyi əməliyyatlarda İŞİD-ə böyük zərbə endirməsindən sonra baş verib. 

Rəsmilərin bildirdiyinə görə, İŞİD-in Mosulda bir binanı bombaladığı və çox sayda adamın girov saxlandığını ifadə edib. 

Peşmergə qüvvələri isə 21 yanvar tarixində Mosulun qərbində bir əməliyyat həyata keçirib. Toqquşmalar zamanı terrorçular xeyli itki verib və geri çəkilib. 

Əməliyyatda aralarında Əfqanıstan, Pakistan və Səudiyyə Ərəbistanı vətəndaşlarının da olduğu çox sayda İŞİD-çi öldürülüb. Bəzi cəsədlərin peşmergənin əlində olduğunu bildirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA