"İqtisadiyyatda elə şeylər olacaq ki,.." - Davosda qorxulu proqnozlar

img

22-01-2015 [19:39]


Britaniya-Honkonq bank qrupu HSBC-in Direktorlar Şurasının sədri Douglas Flint Davos İqtisadi Forumunda maraqlı açıqlamalar verib.

O deyib ki, ötən ildə bankların stress-test sınaqlarında neftin qiymətinin 50 dollaracan düşəcəyi nəzərdə tutulmurdu. İqtisadiyyatda elə şeylər olacaq ki, biz indi bunları görmürük.

Onun sözlərinə görə, görünməmiş vəziyyətlərdən çıxmağın yolu bankların kifayət qədər kapital ehtiyatıdır.

Fransanın "Total" şirkətinin rəhbəri Patrik Pouyanne isə deyib ki, neftin indiki istehsal səviyyəsini saxlamaq üçün nəhəng investisiyalar lazımdır: "2030-cu ilə kimi neft istehsalının yarısı yoxa çıxacaq. Bu isə sutkada 50 milyon barrel deməkdir. Biz neft istehsalına böyük sərmayə qoymalıyıq. Dünyaya daha çox enerji lazımdır. Yaxın 20 ildə hər il enerji istehsalı 1 faiz artmalıdır."

Onun ehtimalına görə, atom enerjisi də inkişaf edəcək. Ancaq yaxın 20 ildə neft və qaz həlledici rol oynayacaq.

Davosda iqlim probleminə də toxunulub. ABŞ-ın keçmiş vitse-prezidenti Albert Qor və müğənni Pharrel Williams elan ediblər ki, bu il iyunun 18-də yeddi qitədə Canlı Yer Musiqisi tədbiri keçiriləcək. Tədbirin məqsədi iqlim dəyişikliyinə diqqəti cəlb etməkdir. 

Ukrayna prezidenti Pyotr Poroşenko Davosda deyib ki, Ukraynada hazırda 9 min Rusiya hərbçisi və 500-dən çox Rusiya tankı və artilleriya qurğusu, zirehli texnikası var(ans).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA